“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.04.2018  17:42 

Sabah səs verəcək seçicilərin nəzərinə...





A+  A-

"Azərbaycanda bütün səsvermə hüququ olan vətəndaşlar adı seçici siyahısında olmasa belə, seçki məntəqəsinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilər".
XəzərNews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, müəyyən qisim insanlar var ki, hanısa səbəbdən seçici siyahısına düşməyib və ya düşməkdən yayınıb. Buna baxmayaraq onlar da öz sənədlərini təqdim etməklə səs verə bilərlər.

M.Pənahov bildirib ki, bəzi ölkələrdə seçici siyasıhında adı olmayan insanların səsvermə hüququ olmur, lakin Azərbaycanda belə deyil, vətəndaş adının seçici siyahısında olub-olmamasından asılı olmayaraq birbaşa seçki məntəqəsinə yaxınlaşıb səs verə bilər.

MSK sədri əlavə edib ki, sabah seçkilərlə bağlı bütün müraciət və şikayətlərə dərhal cavab veriləcək.

Xəbər 2007 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +