Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi
Prezident elektrik stansiyasının açılışında iştirak edib
Sabiq partiya sədrinin oğlunun ölüm səbəbi açıqlandı
İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi


04.07.2020  19:12 

5 mindən çox obyektdə pozuntu aşkarlandı





A+  A-

Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, iyulun 3-də keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda “Dadaş Market”də, "Oba market"də, “SAF un məmulatları” mağazasında, "AL market”də, “Orxan market”də, “Ağsu market”də, "Gənc" tikinti malları mağazasında, “Alman malları” mağazasında, “Duyğu türk geyimləri” mağazasında, “Zeytun Aptek”də, “Dokta Aptek”də, “Neyron aptek”də, “Sfera optika” aptekində, “Optika” aptekində, “Bahar Lahmacun”da, Bəxtiyar Cəbrayılova məxsus “Xırdavat mağazası”nda, Zülfüqar İlyasova məxsus “Elektrik avadanlıqları satışı mağazası”nda, İsa Mehdiyevə məxsus “Xırdavat mağazası”nda, Səbuhi Mahmudova və Rövşən Babayevə məxsus tikinti malları mağazalarında, Ramin Cabbarova məxsus “Şaurma” ictimai iaşə obyektində, "Azəri Med" MMC-yə məxsus “Aptek”də, "Buta Farm" MMC-yə məxsus aptekdə, Vadim Səfərliyə məxsus “Kimyəvi təmizləmə”də, Nərimanov rayonunda “Ünlü Boya”, “Rumid”, “Gold lighting”, “Mətin xırdavat”, “Dəmir Döküm”, “ABAU inşaat”, “Dossa” mağazalarında, Rasim Sərvəliyevə məxsus “Şərab evi”ndə, Anar Hümbətəliyevə məxsus “Avtoehtiyat hissələri”, Şahin Aslanova məxsus “Elektrik malları”, İslam Eyvazova məxsus “Xırdavat”, Roman Əhmədova məxsus “Qapı aksessuarları” mağazalarında, Nəsimi rayonunda “Araz market”də, “Ağ çiçəyim gül mağazası”nda, “Elvin Market”də, “N&N market”də, Namiq Məmmədova məxsus “Ordubad quru meyvələri satışı” dükanında, Əfsər Mustafayevə, Məhərrəm Zeynalova və Kamran Əhmədova məxsus “Qarışıq mallar mağazası” pərakəndə ticarət obyektlərində, Elgün Ənvərliyə məxsus “Şərab evi”ndə, Nizami rayonunda “Tural Market”də, “İsalı market”də, “Rusiya Market”də, “Bolmart”da, “Emil Market”də, Nihayət Əliməmmədovaya və Neymət Məmmədhəsənova məxsus “Xırdavat” dükanlarında, Elvin Cəfərova məxsus “Mobil telefonların və aksessuarların təmiri” xidmət obyektində, Gəncə şəhərində “NN market”də, “Əminə market”də, “Meridian” mebel temiri və sifarişi obyektində, Şəkidə “Sərfəli Market”də, Əfqan Mirzəliyevə məxsus “PVC plastik qapı-pəncərə sexi”ndə, Xaçmaz rayonunda "555 aptek”də, "Smart home məişət avadanlıqları satışı mağazası”nda, "Afrodita parfümeriya satışı” mağazasında, "City Men" və "Karona bilyard klubu” xidmət obyektlərində, Quba rayonunda "Personal shop"da, Şamaxı rayonunda “Səid Market”də, “VİP Market”də, “Avanqard Mebel” mağazasında, Füzuli rayonunda Sadiq Teymurova məxsus “Tikinti materialları və xırdavat” mağazasında, Səid Yusifzadəyə məxsus “Çayxana”da, Hüsniyyə Bayramovaya məxsus “Market”də, ümumilikdə, monitorinq aparılmış 796 obyektin 594-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Qeyd edək ki, mayın 22-dən iyulun 4-dək monitorinq aparılmış 10548 sahibkarlıq subyektindən 5059-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Xəbər 3185 dəfə oxunub.




24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +