PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?


28.07.2025  11:42 

Arvadını döyən məhkəmə zalından azadlığa buraxıldı





A+  A-

Xətai Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nəbi Bayramovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

XəzərNews.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından azad olunub.

İttihama görə, hadisə bu il paytaxtın Xətai rayonunda yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Nəbi Bayramov birgə yaşadıqları evin qonaq otağında arvadı, zərərçəkmiş Zəminə Bayramova ilə (adı, soyadı şərtidir) ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman o, qəsdən əl zərbələri ilə qadının baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyüb, ona bədən xəsarətləri yetirib.

Hadisədən sonra Nəbi Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə zərərçəkmiş ifadəsində hazırda əri ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Nəbiyə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Xəbər 119 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +