PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?


28.07.2025  11:40 

Rəşad Nəsirova vəzifə verildi





A+  A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, Milli Məclisin deputatı Səttar Möhbalıyevin köməkçisi vəzifəsinə təyin olunub.

XəzərNews.az xəbər verir ki, R.Nəsirov İqtisadiyyat.az-a açıqlamasında yeni vəzifə təyinatı xəbərini təsdiqləyib və artıq bir müddətdir fəaliyyətini deputat köməkçisi olaraq davam etdirdiyini söyləyib.

Qeyd edək ki, Əməkdar jurnalist R.Nəsirov 2023-2025-ci illərdə AHİK-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini vəzifəsində işləyib.

Xatırladaq ki, 2024-cü ildə AHİK-in yeni sədri iqtisadiyyat nazirinin sabiq müavini Sahib Məmmədov seçilib. Yeni sədr cari ilin yanvar ayından isə uzun illər İqtisadiyyat Nazirliyində çalışmış Abbas Əliyevi AHİK-ə aparat rəhbərinin müavini təyin edib və bir çox işləri ona həvalə edib. Bu ilin əvvəlindən AHİK-dən xeyli sayda işçi vəzifəsindən ayrılıb. Mətbuatda dərc olunan məlumatlara görə, hətta yeni sədrin özünün gətirdiyi rəhbər şəxslər belə vəzifələrindən ayrılmaq qərarına gəliblər.

Xəbər 90 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +