PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?


28.07.2025  11:23 

Gəncədə klinika meyiti qaytarmır? - ŞİKAYƏT





A+  A-

Gəncədə bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 1989-cu il təvəllüdlü Ayaz Məmmədov xəstəxanada dünyasını dəyişsə də, onun meyiti hələ də yaxınlarına verilmir.

XəzərNews.az xəbər verir ki, mərhumun qaynı Elçin Böyükkişiyevin Teleqraf-a bildirdiyinə görə, onlara A.Məmmədovun vəfat etməsi və onun nəşinin "DNK Hospital" özəl tibb müəssisəsindən götürülməsi ilə bağlı zəng olunub.

Lakin sonradan tibb müəssisəsindən bildirilib ki, xəstə ölməyib və onu yaxınlarına təhvil verə bilməzlər.

"İyul ayının 24-ü hadisə baş verib. Təxminən 4 min manat sığorta ödənişi edilib. 10 min manat da biz vermişik. Bizə günün birinci yarısında zəng gəldi ki, Ayaz Məmmədov dünyasını dəyişib, gəlin aparın. Sonradan isə deyirlər ki, ölməyib, sağdır. Xəstəxanada olan qohumlar Ayazın öldüyünü təsdiqləsələr də, klinika meyiti bizə vermir" - deyə E. Böyükkişiyev bildirib.

Axşam saatlarında tibb müəssisənin qarşısına mərhumun yaxınları toplaşıb və yaranan vəziyyətə etiraz ediblər.

Qeyd edək ki, A. Məmmədov iyulun 24-də yolu keçərkən "Mercedes-Benz" markalı avtomobil tərəfindən vurulub.



Xəbər 112 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +