Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


28.07.2025  11:16 

İran 14 qonşusundan 16-sı ilə düşməndir - Politoloq





A+  A-

“SEPAH-ın Teleqram kanalları İranın daxili vəziyyəti ilə bağlı yaydığı məlumatların sayını artırıb. Bu məlumatlar İranın həm keçmiş, həm də cari siyasətini tanımaq üçün vacib mənbə rolunu oynayır. Yaxında İranın 4 tərəfdən təhlükə ilə rastlaşdığı barədə şərh yerləşdirmişdi. Şərhdə Şərq, Qafqaz, Levanta və Fars körfəzini təhlükə qapısı kimi təqdim edildi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu qeyd edib ki, Levanta Suriya və İraqdır:

“Qafqaz dedikdə əgər Cənubi Qafqazı nəzərdə tutursa, 3 dövlətdən ibarətdir-Azərbaycan, Gürcüstan və Ermənistan. İranın Şərqi təxminən 3 dövlət - Əfqanıstan, Pakistan və Türkmənistandır. Fars körfəzi ölkələrinin sayı 8-dir. Topladıqda İran 16 ölkəni düşmən hesab edir və təhlükə gözləyir”.

Politoloq hesab edir ki, İranın yaydığı rəsmi məlumata görə isə 14 qonşusu var:

“Qonşularını düşmənə çevirmək istiqamətində İranı Ginnesin Rekordlar Kitabına nominant təqdim etmək olar. İran qədim sivilizasiyadan danışır və bu gün qonşu olduğu dövlətlərlə, hətta bəziləri ilə bir müddət eyni dövlətin tərkib hissəsi olub. Onlar niyə düşmənə çevrilməlidir?! Cəmi 5 milyon əhalisi olan kiçik İsrail İranın təxminən 600-700 milyon əhalisi olan qonşularını necə ələ ala bilir?! Niyə görə o qonşular kiçik İsrailə üstünlük verirlər, İrana üstünlük vermirlər?! İranın müasir təbliğatına görə İsrail adlı dövlət yoxdur, əhali oradan qaçır, dağılıb. Hamı yeraltı zirzəmilərdə yaşayır, qalan adamlar Avropaya, böyük əksəriyyəti Yunanıstana da üz tutublar. Yunanıstanda onları mitinqlə qarsılayırlar. İran isə çiçəklənir, şəhidlərinin sayı artdıqca İran güclənir. İsrail zəifləyir, İran güclənir. Amma İranın dostları artmır, düşmənləri artır.

İran onu məhv etmək istəyən beynəlxalq koalisiyaya özü yol göstərir, işarə verir. Bu gec-tez İrana baha başa gələcək.

İran ali rəhbərinin ətrafında savadlı, intellektual adamlara böyük ehtiyac var”.


Xəbər 431 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +