PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?


24.07.2025  19:42 

Azərbaycanlı milyonçunun bazarına Azərbaycan maşınları buraxılmır? - Video





A+  A-

17 iyul 2025-ci il tarixində Rusiyada yük daşıma ilə məşğul olan azərbaycanlı sürücülər ayrı-seçkiliyə məruz qaldıqlarını iddia ediblər.

XəzərNews.az Pozan TV-yə istinadən xəbər verir ki, hadisə Moskva yaxınlığında yerləşən və yəhudi əsilli azərbaycanlı milyonçu Qod Nissanova məxsus “Food City” Ticarət Mərkəzinin ərazisində baş verib. Sürücülər sosial şəbəkələrdə video yayaraq bildirib ki, yükü boşaltdıqdan sonra dayanacağa daxil olmaq istəyən Azərbaycan dövlət nömrə nişanlı maşınlar dayanacağa buraxılmır. Eyni vaxtda dayanacağa daxil olan Ermənistan, Gürcüstan və Dağıstan dövlət nömrə nişanlı yük maşınlarının isə əraziyə rahat şəkildə buraxıldığı iddia olunur.

Sürücülər iddia edir ki, Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitələri yol kənarında park etməyə məcbur qalırlar. Nəticədə isə yol polisi tərəfindən cərimələnirlər və yaxud da ərazidən uzaqlaşdırılırlar.

Sürücülər məsələ ilə bağlı Azərbaycanın rəsmi qurumlarına müraciət edərək, onlara dəstək göstərilməsini və yaranmış problemin həllini tələb edirlər.

Tır Sürücüləri Birliyinin rəhbəri Hacı Əliyev isə Pozan TV-yə bildirib ki, Azərbaycan nömrəli yük maşınlarının “Food City” Ticarət Mərkəzinin ərazisinə buraxılmamasının səbəbi ayrı-seçkilik yox, yerin olmaması ilə bağlıdır.

https://www.youtube.com/shorts/leJ7emX8yAE?t=45&feature=share

Xəbər 659 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +