Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib


22.01.2024  13:43 

Adam oğurluqlarına görə məhkum olunmuş Ruslan Hacısəlimov saxlanılıb





A+  A-

Şəki Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimov saxlanılıb.

Xəzərnews.az Mətbuat.com-a istinadən xəbər verir ki, R.Hacısəlimov uzun müddət Rusiyada cinayətkar dəstənin başçısı olub. Onun başçılıq etdiyi dəstə Rusiyanın müxtəlif vilayətlərində adam oğurluğu və digər ağır cinayətlər törədib.

R.Hacısəlimovun dəstəsinin hay-küylü cinayətlərindən biri də 2013-cü ildə törədilib.

Həmin vaxt dəstə, Moskvada tanınmış azərbaycanlı iş adamlarından birinin övladını oğurlayaraq ailə üzvlərindən girovun qaytarılması üçün 700 min ABŞ dolları istəyib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının Moskva vilayətinin Naro-Fominsk rayonunun Aprelevka kəndində keçirdiyi əməliyyat zamanı cinayətkar dəstənin 3 rəhbərindən biri - Rafiq Mirzəyev polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb, dəstənin digər başçıları - Ruslan Hacısəlimov və Samir Abdullayev həbs edilib. 10 il həbs cəzası çəkən R.Hacısəlimov bu yaxınlarda Azərbaycana gəlib.

Xəbər 4693 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +