Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.04.2018  11:21 

Nazirlik 50 minlik ziyanla bağlı prokurorluğa müraciət etdi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
XəzərNews.az xəbər verir ki, reyd zamanı Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolunun kökdən çıxarılaraq məhv edildiyi, 588 m3 həcmində qumun qazılaraq aparıldığı, 600 m3 həcmində münbit torpaq qatının korlandığı aşkar edilib.

Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Xəbər 1282 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +