Səudiyyə ABŞ-a 600 milyard dollar sərmayə qoyacaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi


26.02.2024  22:09 

Tərtərdə baş verən qətlin bəzi təfərrüatları...





A+  A-

Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakupost.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

* * *

Hadisə zamanı qətlə yetirilən 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu rayonun Suvarma sistemleri idarəsinin işçisi olub. Bu gün zərərçəkən Buruc kəndi ərazisində əkin sahələrinə görə pulu yığan zaman 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu mübahisə edib.

Muradxan Hüseynov pulu olmadığını və əkin sahəsinə görə suyun ödənişini edə bilməyəcəyini bildirib. Bu zaman tərəflər arasında söyüş üstündə mübahisə yaranıb.

Muradxan Hüseynov Elbrus Şəmilovu kəsici alətlə qətlə yetirib.

Hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
Onu da qeyd edək ki, qətlə yetirilən Elburus Şəmilov barəsində cinayət işi olub və məhkəmənin icraatında imiş.

Xəbər 5729 dəfə oxunub.




14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +