Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


29.10.2021  12:18 

AZAL yüzlərlə biletin pulunu geri qaytarmır - Şikayət





A+  A-

Bir qrup vətəndaş 2 ildən çoxdur ki, Nyu-York-Bakı istiqamətinə alınan yüzlərlə biletin ödənişlərinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən geri qaytarılmadığını bildirir.

XezerNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən şəxslər bildirib ki, koronavirus pandemiyası səbəb kimi göstərilərək sərnişinlərə ödənişin qaytarılmaması üçün müxtəlif bahanələr gətirilir: “Deyirlər ki, bir başqa istiqamətə uçuş vauçeri verə, yaxud da şirkət bütün beynəlxalq uçuşları bərpa etdikdən 60 gün sonra ödənişləri geri qaytara bilər. Biz isə bilirik ki, bu, çox absurd və gülünc yanaşmadır. Çünki dünyanın heç bir ölkəsində aviaşirkətlərdən alınan biletlərin bu şərtlərlə geri qaytarılması təklif olunmur. Aviaşirkət uçuşu ləğv edirsə, sərnişinə biletin ödənişini ən qısa zamanda, əksər hallarda 3-5 iş günü ərzində geri qaytarmalıdır”.

AZAL-dan bildirilib ki, hazırda davam edən COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlı olduğu dövrdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın tələblərinə riayət etməklə yalnız bir sıra istiqamətlər üzrə xüsusi reyslər həyata keçirir: "Bu reyslərə Nazirlər Kabineti yanında Operativ Qərargah və digər ölkələrin aviasiya hökumətləri tərəfindən də xüsusi icazələr verilir və onlar müntəzəm uçuşlar hesab edilmir.

Daha öncə sərnişinlərə məlumat verildiyi kimi, epidemioloji vəziyyət əlverişli olduğu halda və dövlətlərarası hava nəqliyyatında məhdudiyyətlər aradan qaldırıldıqdan sonra müntəzəm uçuşlar başlanandan 60 gün sonra sərnişinlərin aviabiletlərin dəyərinin qaytarılmasına başlanacaq.

Qeyd etmək istərdik ki, hal-hazırda bütün sərnişinlər aviabiletlərini xüsusi reyslərin həyata keçirildiyi bütün istiqamətlərə çox rahatlıqla dəyişə bilirlər”.

Xəbər 3047 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +