Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


25.10.2019  16:23 

“Gələn aydan sərxoş sürücülər çoxala bilər“





A+  A-

"Sərxoş halda avtomobil idarə edənlərin sayında əvvəlki illərə baxanda ciddi fərq var".
XəzərNews.az bildirir ki, bu sözləri lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib. O, bu ilin 9 ayı üçün açıqlanan statistik 5662 faktın əvvəlki illərə nəzərən azaldığını bildirib:

"Ölkə üçün açıqlanan rəqəmin 30-35%-i paytaxt Bakının payına düşür. 9 aylıq statistika üçün göstərilən rəqəmin belə böyük olmasında digər iri şəhərlərin, Gəncə, Mingəçevir, Sumqayıt və.s rolu var. Bakı üzrə sərxoş halda sükan arxasında saxlanılanların sayı 1379 olub. Düşünürəm ki, keçirilən profilaktik tədbirlər öz nəticəsini verir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə spirtli içki qəbul edib sükan arxasında oturma faktlarının sayında azalma var. Hazırda Məhərrəmlik ayı ilə əlaqədar bu faktlara demək olar ki, rast gəlinmir. Ola bilər ki, növbəti aydan sərxoş sürücülər çoxalsın. Vətəndaşlarımız Məhərrəmlik və Ramazan aylarını, ümumiyyətlə, getdikcə İslam dininin tələblərini daha çox nəzərə alırlar. Bu da təbii ki, sərxoş vəziyyətdə sükan idarə etmə faktlarının sayına kəskin təsir edir”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polkovnik-leytnant Rüfət Quliyev bu ilin 9 ayı ərzində sərxoş halda avtomobil idarə edilməsi ilə bağlı 5662 fakt aşkarlandığını deyib. Bu rəqəm 2018-ci ilin avqust ayının sonlarına təkcə Bakı şəhəri üçün 7181 ədəd olub. Ötən il ərzində sərxoş halda avtomobil idarə edilməsinə görə 49 ağır qəza baş verib. Həmin qəzalarda 27 nəfər ölüb, 36 nəfər yaralanıb.

İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxslərə bu maddənin bəndlərinə əsasən müxtəlif cəzalar nəzərdə tutulur. Bu bəndlərə görə, pozuntuya yol verən şəxs müəyyən müddət avtomobil idarə etməkdən məhrum edilə və hətta həbs edilə bilər.

Xəbər 3057 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +