Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


21.05.2019  11:09 

Danışılmış oyunlara görə 11 futbolçu həbs edildi





A+  A-

Gürcüstanda 11 futbolçu danışılmış oyunlarda iştirak etdiyi üçün həbs olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəsmi məlumat yayıb.

Həbs olunanlardan üçü keçmiş (C.Vaxtanq, Ç.Laşa və D.Nika ), səkkizi isə hazırda da oynayan futbolçulardı ("Çiatura"dan X.İrakli, "Yançxuti Quriya"dan İ.Rober ilə B.İrakli, "Vit Corciya"dan isə Ş.Coni, G.Georgi, M.Nikoloz, Q.Pata və K.Nodar).

Bildirilir ki, istintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib.

Nazirliyin məlumatına görə, "satılan oyunlar" üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb. Tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər.

Xəbər 2903 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +