Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


21.05.2019  10:53 

2018-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı





A+  A-

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında“2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilir.
XəzərNews.az xəbər verir ki, qanun layihəsinin müzakirəsində Maliyyə nazirinin və Vergilər nazirinin müavinləri də iştirak edir.

Qanun layihəsinə əsasən, 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərinin cəmi açıqlanıb.

Belə ki, 2017-ci il dövlət büdcəsinin gəlirlərinin cəmi 16 516 684 min manat, 2018-ci ildə bu rəqəm 5 992 185,7 min manat çox, yəni 22 508 869,7 min manat olub. Həmçinin, 2017-ci il dövlət büdcəsinin xərclərinin cəmi 17 594 748 min manat, 2018-ci ildə bu rəqəm 5 137 166,5 min manat çox, yəni 22 731 644,5 min manat olub.

Bununla yanaşı, ötən ilin dövlət büdcəsinin ehtiyat fondunun xərcləri proqnozlaşdırılandan 5,8 faiz az olub. 2018-ci ilin büdcəsində dövlət büdcəsinin ehtiyat fondunun proqnozlaşdırılan xərcləri 492 milyon 566,1 min manat olsa da, icra olunan xərclər 28 milyon 341,1 min manat az - 464 milyon 225 min manat olub.

Eyni zamanda, 2018-ci ildə müdafiə xərcləri 2 milyard 842 milyon 681,9 min manat olub. Beləliklə, keçən il dövlət büdcəsində müdafiə xərcləri üçün proqnozlaşdırılan məbləğ 2 milyard 855 milyon 942 min manat olsa da, bu sahədə xərclər 13 milyon 260.1 min manat, yəni 0,5 faiz az olub.

Keçən il müdafiə xərcləri 2017-ci illə müqayisədə isə 221 milyon 416,8 min manat, yəni 8.4 faiz çox olub. 2017-ci ildə müdafiə xərcləri üçün 2 milyard 621 milyon 265,1 min manat xərclənib.

Eyni zamanda, ötən il Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri proqnozlaşdırılandan 47 025,4 min manat az olub.

Əgər 2018-ci ildə bu sahə üçün proqnozlaşdırılan vəsait 2 197 764,2 min manat olubsa da, bundan 2,1 faiz az, 2 150 738,8 min manat xərclənib. Eyni zamanda, 2017-ci illə müqayisədə, 2018-ci ildə sosial müdafiə və sosial təminat xərcləri azalıb. Əgər 2017-ci ildə bu sahəyə 2 350 165,2 min manat xərclənibsə, 2018-ci ildə bundan 8,5 faiz, yəni 199 426,4 min manat az vəsait xərclənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayırmalar (transfert) isə proqnozlaşdırılan həcmdə - 1,3 mlrd. manat olub. Bu, 2017-ci illə müqayisədə, 21 mln. manat və ya 1,6% çoxdur. 2017-ci ildə DSMF-yə dövlət büdcəsindən ayırmalar (transfert) 1,279 mlrd. manat olub.

2018-ci il büdcə kəsiri isə proqnozlaşdırılandan dörd dəfədən çox az olub.

2018-ci ilin dövlət büdcəsində büdcə kəsiri 951 milyon manat proqnozlaşdırılsa da, büdcənin icrası zamanı kəsir 222 milyon 774,8 min manat olub. Bu, 2017-ci ildəki büdcə kəsrindən 5 dəfəyə qədər azdır. 2017-ci ildə büdcə kəsiri 1 milyard 77 milyon 794 min manat olub.

Xəbər 2663 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +