“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


14.09.2021  09:16 

Bələdiyyə sədrinin müavini saxlanıldı





A+  A-

Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədir müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.
Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib.

Ondan Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq edib, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.



Xəbər 2069 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +