Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?


15.07.2025  18:08 

Rusiyada kömür mədənləri kütləvi şəkildə bağlanır





A+  A-

Rusiyanın ən azı iki böyük sənayesi böhran elan edərək, müəssisələrin kütləvi şəkildə bağlanmasına səbəb olub. Kömür və ağac emalı sənayesi ağır vəziyyətdədir. Kömür mədənçiləri xəbərdarlıq edirlər ki, onların itkiləri artıq yüz milyardlarla rubla çatır.

Ən azı bir neçə aydır ki, Rusiya kömürçülərinin çətin vəziyyəti barədə məlumat verilir. Böhran bu növ yanacağın qlobal qiymətlərinin aşağı düşməsi, 2022-ci ilə qədər yerli müəssisələr üçün əsas olan Avropa satış bazarının tamamilə itirilməsi, eləcə də Asiya-Sakit Okean regionuna daha aktiv çatdırılma üçün infrastrukturun olmaması fonunda müşahidə olunur.

Rus kömür mədənçiləri üçün 2025-ci il üçün proqnoz məyusedici olduğu açıqlanıb.

“Kept” konsaltinq şirkətinin proqnozuna görə, dekabrın sonunadək dünya bazarında termal və kokslaşan (metallurgiya) kömürün qiymətləri növündən asılı olaraq orta hesabla 8-22 faiz ucuzlaşa bilər. Dəmir yolu tariflərinin yüksəldilməsi, limanlarda yüklərin daşınması və vaqonlarının icarəsi yerli müəssisələrin problemlərini də artıracaq.

Sənayedə böhran vəziyyətinin ən azı 2030-cu ilə qədər davam edəcəyi gözlənilir.

Nazir müavini Dmitri İslamov etiraf edib ki, qiymətlər, kömür ixracı və tarifləri ilə bağlı vəziyyət çox ağırdır və böhranın səbəbləri indi o qədər dərindir ki, sənaye müəssisələrdə dayanıb.

İslamov bildirib ki, iyulun ortalarına olan məlumata görə, 51 müəssisə bağlanıb və ya bağlanmaq ərəfəsindədir. O, ötən il sənayenin itkilərini 112,6 milyard rubl qiymətləndirib./Lenta.ru

Xəbər 265 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +