Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü


15.07.2025  12:24 

Azərbaycanın ABŞ-ın təklifinə cavabı necə olacaq?





A+  A-

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak bildirib ki, Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları irəlilətmək məqsədilə Zəngəzur dəhlizini idarə etməyə hazırdır.

Diplomatın sözlərinə görə, ABŞ tərəflərə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib.

Ermənistan tərəfi məsələyə münasibət bildirib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib ki, ABŞ-ın variantı mümkün deyil:

"Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz. Ölkə qanunvericiliyinə görə, Ermənistan torpaqları yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. ABŞ səfirinin dediyi variant mümkün deyil".

Azərbaycanın ABŞ-ın təklifinə cavabı necə olacaq?

Modern.az saytı Azərbaycanın məsələyə mövqeyini öyrənmək üçün Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib.

XİN-dən "bu məsələni şərh etmirik" deyə sorğumuza cavab verilib.

Xəbər 397 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +