Müştəriyə yersiz təklif edən taksi sürücüsü saxlanıldı
İcra başçısı qadın müavinini işdən çıxartdı
Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi


01.11.2017  16:49 

Avtoritetlərə görə 21 nəfər işdən qovuldu





A+  A-

Ədliyyə Nazirliyi Kollegiyasının geniş iclası keçirilib.
Nazirlikdən XəzərNews.az-a daxil olan xəbərə görə, nazir Fikrət Məmmədovun iştirakı ilə keçirilən iclasda oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib.

Qeyd olunub ki, bununla bağlı Penitensiar xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub.

Həmçinin, hadisənin fəsadlarının aradan qaldırılması üzrə görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, Penitensiar xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Xəbər 3158 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis

24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?


BÜTÜN XƏBƏRLƏR +