Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?
“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır
Rusiya “Tramp marşrutu”nu dəstəkləyir?
Paşinyan yenidən Rusiyaya səfər edəcək


01.11.2023  09:24 

“Gəncənin İcra başçısı vaxt öldürməklə məşğuldur, əlini ağdan-qaraya vurmur“ -Fotolar





A+  A-

"Bu fotolar Gəncədə çəkilib. 20 ildir ki, şəhərin mərkəzi küçələrindən birinin ərazisi hasarlanıb. Gördüyünüz kimi, üzərində də yazılıb "müvəqqəti narahatlıq".

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Nicat Dağlar çıxış edib.

N.Dağlar bildirib ki, ərazi 20 il ərzində əməlli- başlı zibilliyə çevrilib:

"Şəhərin mərkəzində tipik antisanitar vəziyyət hökm sürür. Bu yaxınlarda sərnişin avtobusu da elə ərazidəki xəndəyə düşmüşdü..."



Jurnalist əlavə edib ki, Elmar Vəliyevin Gəncəyə vurduğu zərərlərdən daha biridir bu "müvəqqəti narahatlıq" yaradan ərazi:

"Gül kimi qırmızı kərpicdən tikilmiş tarixi binanı söküb yerində qızıl axtarmağa başladı, sonra da gördüyünüz vəziyyətdə qoyub getdi. İndiki başçı da Gəncəyə xüsusi bir sevgisi ilə seçilmir. Ümumiyyətlə, məndə belə təsəvvür var ki, indiki icra başçısı, sadəcə vaxt öldürməklə məşğuldur, ona görə də əlini ağdan qaraya vurmur. Bu "müvəqqəti narahatlıq" yaradan zibilliyi ləğv etmək bu qədərmi çətindir?.. Bu şəhərin günahı nədir ki, ona bu qədər qənim kəsilirlər?"




Xəbər 2448 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  13:02 

Sabah hava necə olacaq?

15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib

15.08.2025  10:49 

Qəbələdə evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +