Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


06.09.2019  13:21 

5 kq-a yaxın narkotiklə tutuldu





A+  A-

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 5 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məçitməhəllə kənd sakini Ağakərim Talıbov 100 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb. Davam edən əməliyyat tədbirləri ilə A.Talıbovun satış məqsədilə əldə edərək yaşadığı evdə saxladığı 2 kiloqram 510 qram narkotik vasitə olan heroin, 1 kiloqram 015 qram psixatrop maddə olan metamfetamin, 1 kiloqram qurudulmuş marixuana, 200 ədəd metadon həbləri, həmçinin soyuq silah hesab edilən 1 ədəd “beşbarmaq”, 1 ədəd bıçaq, döyüş sursatları olan 46 ədəd güllə başlığı və digər maddi sübutlar aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Talıbovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlaqəli olan qrupun digər üzvləri Astara şəhər sakinləri A.Şiriyev və T.Məlikov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər 3017 dəfə oxunub.



15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +