Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


13.06.2019  11:09 

Şərikinə pul “atan” keçmiş məmurun məhkəməsi başlayır





A+  A-

Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşı Fərid Cəlilovun məhkəməsi başlayır.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru işləmiş F.Cəlilov Türkiyə vətəndaşı Elemana Necatidən birgə biznes qurmaq adı ilə 155 min manat alaraq qaytarmamaqda ittiham olunur.

Belə ki, F.Cəlilov əcnəbi vətəndaşa təklif edib ki, dövlət qurumlarının hərraca çıxardığı avtomobilləri ucuz qiymətə alaraq baha satmaqla çoxlu qazanc əldə etsinlər. E.Necati bu təkliflə razılaşıb və F.Cəlilova 32 min manat verib. Ona verilən məumata görə, bu pula 4 avtomobil alınıb.

Daha sonra F.Cəlilov E.Necatiyə daha 7 avtomobilin hərraca çıxarıldığını deyərək əlavə pul istəyib.

Elemena Necati Türkiyədəki evini sataraq Fərid Cəlilova 123 min manat verib. Həmin vaxt F.Cəlilov şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini deyərək pulun köməkçisi Ceyhun Qənbərovun adına göndərilməsini istəyib. E.Necati də bu qaydada pulu göndərib.

Daha sonra isə F.Cəlilov maşın da almayıb, pulu da geri qaytarmayıb. E.Necatinin Ədliyyə Nazirliyinə şikayətindən sonra F.Cəlilov vəzifəsindən və ədliyyə sistemindən qovulub. Daha sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

F.Cəlilov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim İlham Mahmudovun sədrliyi ilə baxılacaq.

Xəbər 2980 dəfə oxunub.



15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +