Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


14.05.2018  15:29 

Amnistiya aktı qəbul edilməyəcək





A+  A-

Cümhuriyyətin 100 illiyilə bağlı təklif edilən Amnistiya aktı qəbul edilməyəcək.
XəzərNews.az bildirir ki, Modern.az-a daxil olan məlumata görə, buna səbəb kimi Cümhuriyyətin 100 illiyilə bağlı Əfv sərəncamınının imzalanacağı göstərilir. Həmçinin, qeyd olunur ki, Amnistiya aktının qəbul olunması nəzərdə tutulsaydı, indiyədək Milli Məclisdə müzakirəyə çıxarılmalı idi.

Parlamentdən verilən məlumata görə, məsələ mayın 18-i və 31-i keçiriləcək iclasların gündəliyinə də daxil edilməyib.

Qeyd edək ki, Yeni Azərbaycan Partsiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, deputat Elmira Axundova Mili Məclisdə Amnistiya aktının qəbul olunmasını təklif etmişdilər.

İndiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilmişdi.

Xəbər 3298 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +