Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


11.08.2025  14:39 

Onların dərdi-səri Azərbaycandır...





A+  A-

Qardaş Türkiyədə sosial medianın müxtəlif seqmentlərində üstünlük təşkil edən bir qrup var. Onların dərdi-səri Azərbaycandır.

Uzun illərdir ölkəmizi rusyanlısı olmaqda ittiham edirlər.

Putin istəməsə, bu coğrafiyada yarpaq belə qımıldamazmış və s.

Sən demə Azərbaycanı çoxdan Putinə peşkəş çəkmişik...

Bir də baxırsan hansısa bir cübbəli ağzı köpüklənə-köpüklənə yazır: "azeriler rus uşağıdır..."

Şərbazın arxasınca şərhbazlar səf tutur, təhqirin biri bir qəpik...

Alışdıq bunlara, palçıq molekulu qədər əhəmiyyət daşıyırlar.

İntəhası, məlum qrup bir gündə U dönüşü edərək hətta bizi də təəcübləndirdi.

İndi olmuşuq Amerikanpərəst.

Ölkəmizi qızıl məcməyidə Trampa təqdim edirmişik.

Yenə baxırsan ki, hansısa bir cübbəli tələm-tələsik ehkam kəsir: "şu azeriler hepsi amerikan uşağıdır..."

Şər(h)bazlar durna qatarı tək düzülürlər: "Bunlar kardeş-mardeş değildir, siyonistler hep..."

İntəhası, çatdıra bilmirik, fantaziyalara uyğun olaraq bir gecədə ruspərəstdən amerikanpərəstə şevrilmək üçün gərəkli sürətə sahib deyilik.

Gərək, qardaş ölkədəki məlum qruplaşma bir qərar versin, biz də işimizi ona görə quraq.

Çünki eyni zamanda həm Rusiyapərəst, həm Amerikapərəst olmaq çətindir.

Qurdlar vadisi serialı, təssüf ki, həm Azərbaycanda, həm Türkiyədə cahil ordusu da yaratdı.

Daha doğrusu var olanı üzə çıxardı.

İntəhası, bu cahillər vadidə yox sosial mediada veyillənirlər.

Arazın o tərəfindən ney səsinə aşinadırlar...

Yaxşı ki, qardaş ölkədə aydın insanlar özləri adekvat cavab verirlər.

Bəhruz Həsənov

Xəbər 706 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +