Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


19.09.2022  20:49 

“Pulları ona iş otağında verirdim” - Səlim Müslümovun məhkəməsi





A+  A-

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.

İlk olaraq şahid kimi 2012-2019-cu illərdə nazirliyin iqtisadiyyat şöbəsinin baş mühasibi işləmiş Ülviyyə Məmmədova ifadə verib. O, qeyd edib ki, işə götürüldüyü gündən şöbənin müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını yerinə yetirib: “Şirkətlər nazirliyin müəssisələri ilə müqavilələr bağlayırdı, bu işlərə nəzarət edirdim. Müəssisələrdən yığılan pulları Şəlalə xanıma çatdırırdım. Pulları ona iş otağında verirdim”.

2007-2019-cu illərdə Əlillərin Bərpa Mərkəzinin keçmiş baş mühasibi işləyən Nəzakət Kərimova isə Mərkəzə avadanlıqların alınması zamanı “otkat” aldıqlarını deyib: “Şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq Mərkəzin müdiriyyətinə verilirdi”.

Məhkəmədə məlum olub ki, Nəzakət Kərimova avadanlıqların alınması üçün müqavilə bağladığı şirkətlərdən bir neçəsini öz qızının adına rəsmiləşdirib. Lakin bütün əməliyyatları etibarnamə əsasında özü aparıb.

Şahid Ənvər Məhərrəmov da adına şirkət açılaraq aldadılan şəxslərdən olub. O məhkəmədə deyib ki, həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi “otkat” şəklində Əlillərin Bərpa Mərkəzinə qayıdıb. Ə. Məhərrəmov deyib ki, onu bu məsələlərə bir dostu qoşub. Sonralar nə baş verməsindən, onun adından həyata keçirilmiş əməliyyatlardan xəbəri olmayıb: “Mən hər şeydən Milli Məclisə çağırılanda xəbər tutdum”.

Hakim ona “Milli Məclis olmaz, Dövlət Təhlükəsizlik Xidməti olar” deyə irad tutub. Şahid, “Bəli, bəli, ora...” deyə bildirib.

Məhkəmə sentyabrın 26-da davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, DSMF-nin sədri (2002-2013) və ƏƏSM naziri (2013-2018) işlədiyi dövrlərdə rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunub. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Sabiq nazir iş üzrə ümumilikdə vurulan 27 milyon manat ziyanın 20 milyon manatını istintaq dövründə ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Xəbər 969 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +