Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


18.06.2022  09:55 

Ölkədə 20 faizdən yuxarı ərzaq inflyasiyası var





A+  A-

“Hazırda ölkədə 20 faizdən yuxarı ərzaq inflyasiyası var. Hökumət də etiraf edir ki, çox güclü inflyasiya gedir ölkədə. Bu inflyasiya fonunda əhalinin nominal gəlirləri isə cəmi 14 faiz artıb. Real gəlirləri isə azalıb. Özü də kifayət qədər ciddi şəkildə azalıb. Bu məqamda kommunal xidmətlərin qiymətinin artması insanların sosial vəziyyətini daha da ağırlaşdırar. Xüsusən də qazın qiymətinin yenidən artması əhaliyə ciddi zərbə ola bilər. Onsuz da qiymət artımı ilə əlaqəli olaraq günü-gündən insanların sosial problemlərinin artdığının şahidi oluruq”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, hazırda elə bir vəziyyətdir ki, dövlət tərəfindən tənzimlənən qiymətlərin artması insanların sosial vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər:

“İndiki məqamda təbii qazın, elektrik enerjisinin qiymətini artırmaq əhali üçün çox böyük zərbədir. Bu insanları daha ağır vəziyyətlə üz-üzə qoyar. İnanmıram ki, hökümət bu addımı ata. Hazırda Azərbaycanda büdcənin dolması problemi yoxdur. Çünki, neft-qaz kifayət qədər bahadır. Azərbaycan bu il son illərin ən yüksək neft-qaz gəlirlərini əldə edəcək. Əgər büdcənin doldurulması ilə bağlı bir problem yoxdursa, əhalinin aşağı olan sosial durumunu nəzərə alıb komunal xidmətlərin artırılmasına heç bir ehtiyac yoxdur”.

Ekspert qeyd edib ki, təbii qazın, elektrik enerjisinin, yanacağın qiymətinin ar­tması istər-istıməz bütün sahələrdə özünü göstərir: “Dövlət tərəfindən tənzimlənən qiymətlərin artması ölkədəki inflyasiya prosesini daha da sürətləndirə bilər. Təbii qazın qiyməti qaldırılsa, qaz istifadə edən istehsalçıların, kiçik və orta sahibkarların öz biznesini bağlamasına səbəb ola bilər. Hazırkı vəziyyətdə yanacağın da qiymətinin qalxması məsələsi real görünmür. Benzin və dizel yanacağının qiymətinin artması aztəminatlı əhali üçün çox böyük zərbə ola bilər. Hökumət buna getməz. Hesab edirəm ki, inflyasiya ilə əlaqədar bu il təbii qaz, elektrik enerjisi, yanacağın qiymətində artım olmayacaq”.

Xəbər 1670 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +