Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


23.02.2017  20:40 

Ukraynadakı səfirliyimizin əməkdaşının ermənilərlə ŞOK FOTOSU yayıldı





A+  A-

Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşının bu ölkədəki erməni lobbisinin azərbaycanlılara qarşı aqressiyası ilə seçilən erməni gənclər ilə olduqca ilginc münasibətlərini əks etdirən fotoları yayılıb.
Ukraynadakı diaspordan verilən məlumatda və göndərilən fotolarda Azərbaycanın Kiyevdəki səfirliyinin mətbuat katibi Xəyyam Həqiqətoğlu bu ölkədəki erməni gənclər hərəkatının liderləri, azərbaycanlılara qarşı aqressiyaları ilə seçilən Vilyam Asulyan, Artyom Baqdasaryan və Yuliya Ankosi ilə olduqca mehriban, hətta işgüzar fotoları yayılıb.

Həqiqətoğlu bir müddət əvvəl Ukraynanın Nikolayev şəhərində yaşayıb və ermənilər ilə sıx əlbir olmasına, Azərbaycanın hazırkı hakimiyyətinə qarşı sərt mövqeyinə görə diasporumuzun sərt tənqidinə tuş gəlib, Kiyevə köçüb. Bir müddət əvvəl Azər Xudiyevin bu ölkəyə səfir təyin olunması, onun dostu AzTV-nin Ukrayna üzrə müxbiri Möhsüm Aslanovun Həqiqətoğlu ilə yaxın münasibəti sonuncunun səfirlikdə mətbuat katibi postuna gətirilməsi ilə nəticələnib.

Xatırladaq ki, A. Xudiyev bundan əvvəl Azərbaycanda adı “nurçuluq”da hallanan Prezident Administrasiyasının eks şöbə müdiri Elnur Aslanovun və eks deputat Ceyhun Osmanlının yaxın dostu Anar Tahirovu səfirliyin mətbuat katibi postuna gətirmişdi. Bununla bağlı Bakının sərt tənbehinə tuş gələn səfir onu bu vəzifədən kənarlaşdırsa da, hazırda A. Tahirovun qeyri rəsmi səfirlikdə çalışdığı, qurumun sosial şəbəkələr üzrə səhifələrinə nəzarətin ona verildiyi bildirilir.

Onu da qeyd edək ki, Xəyyam Həqiqətoğlu eyni zamanda Birləşmiş Ukrayna Azərbaycanlıları Cəmiyyətində çalışdığını bildirir ki, onun da sədri Rövşən Tağıyev bu ölkədəki Erməni diaspor rəhbəri Aşot Avanesyanla dostluğunu açıq formada bəyan edir, gizlətmir.

(AzEuroNews.com)

Xəbər 4788 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +