Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


12.09.2020  10:17 

Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı məqalə İspaniya mətbuatında





A+  A-

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin İspaniya mətbuatında məqaləsi dərc edilib. Məqalədə Ermənistan rəhbərliyinin həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycana qarşı törədilmiş hücumlar və digər mühüm məqamlar barəsində ispan oxuculara geniş məlumat verilib.
XəzərNews.az məqalənin tam mətnini təqdim edir:

1990-cı illərin əvvəllərində Ermənistan hərbi güc tətbiq edərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini işğal edib.

Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı evlərindən qovulub. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində bu işğal pislənib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilib.

CƏZASIZLIQ

Ermənistan sözügedən qətnamələrə tamamilə etinasız yanaşır və faktiki olaraq cəzasız qalıb. Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının "öz müqəddəratını təyinetmə" prinsipini əsas tutduğunu iddia edir və bu siyasi oyununa don geyindirmək üçün işğal olunmuş Azərbaycan ərazilərində qondarma rejim təşkil edib.

Son illərdə Ermənistan işğalın nəticələrini möhkəmləndirmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini daha da intensivləşdirib. Ermənistan 1949-cu il Cenevrə konvensiyaları daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik tərkibi dəyişdirmək üçün orada qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.

ƏTRAF-MÜHİT TƏHLÜKƏSİ

Ermənistan Suriyadan və Livandan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir, azərbaycanlılara məxsus mədəni və tarixi abidələri məqsədli şəkildə məhv edir, təbii sərvətləri istismar edir və işğal etdikləri torpaqların su ehtiyatlarından çayların aşağı axarlarında yaşayan azərbaycanlılara qarşı ekoloji terror vasitəsi kimi istifadə edir. Beynəlxalq ictimaiyyətin etinasız və qeyri-adekvat münasibətindən ruhlanan Ermənistan bu illər ərzində Azərbaycan ərazilərinin işğalını daha da genişləndirmək üçün çoxsaylı təxribatlara əl atıb.

HƏRBİ HÜCUM

Ən son və genişmiqyaslı hərbi təxribat cəhdləri 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında törədilib. Ermənistan tərəfindən təxribat xarakterli bəyanatlar, Ermənistan siyasətçilərinin məsuliyyətsiz davranışları və Azərbaycanın işğal olunmuş ərazilərində, həmçinin dövlət sərhədində hücum silahlarının yerləşdirilməsi açıq şəkildə sübut edir ki, Azərbaycana qarşı növbəti hərbi hücum planı üzərində ciddi hazırlıqlar gedir.

Ermənistan Müdafiə naziri Azərbaycanı "yeni ərazilər üçün yeni müharibə" ilə hədələyir. Ermənistan Baş nazirinin xanımı Anna Hakobyan isə, bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərində erməni qadınları üçün hərbi təlim şousu təşkil edib. Ermənistanın “sülhsevər” Baş nazirinin hərbi forma geyinmiş “sülhsevər” arvadının başqa bir ölkənin ərazisində nə işi var?

ƏRAZİ BÜTÖVLÜYÜ

Ermənistan mövcud danışıqların formatını dəyişdirməyə çalışır və işğal faktını ört-basdır etmək və törədilən cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını Ermənistan və Azərbaycan arasındakı münaqişənin "tərəfi" kimi təqdim edir. Sözügedən cəhdlər ATƏT-in müvafiq sənədlərində təsbit edilmiş danışıqlar formatına tamamilə ziddir.

DİALOQUN RƏDD EDİLMƏSİ

Dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına dialoq təklif etmişik. Ancaq təəssüf ki, təkliflərimiz həmişə rədd edilib. Bu, Ermənistanın danışıqlarda və sülhdə maraqlı olmadığını əyani sübut edir. Ermənistanın məqsədi danışıqlar prosesini dayandırmaq və işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməkdir.

Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalı və bir milyondan artıq məcburi köçkünün öz evlərinə qayıdışı təmin edilməlidir. Münaqişə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazırıq.

Xəbər 2222 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +