Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


16.08.2017  16:23 

Məktəbli qızı zorlayanlardan biri məmur oğlu imiş - ŞOK





A+  A-

Beyləqanda 5 həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qızın videogörüntüsünü çəkən məmur oğlu imiş.
XəzərNews.az bildirir ki, Aznews.az-a daxil olan məlumata görə, məktəbli qızın videogörüntüsünün çəkilməsində qapını arxadan bağlayan və çirkin istəklərinin həyata keçirilməsində Rasim Babayevə dəstək verən Murad Həziyev “Azərişıq” ASC-nin Beyləqan Rayon Şöbəsinin məsul əməkdaşı İsaxan Həziyevin oğludur.

İsaxan Həziyev Birinci Şahsevən kəndinin aparıcı mühəndisidir.

Məlumata görə, İsaxan Həziyev oğlunun bu əməlindən xəbərdardır. Ancaq, oğlunun azyaşlı olduğunu səbəb gətirən məmur hər cəhdlə onu bu cinayətdən kənarda saxlamağa çalışır.

5 nəfər həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qız müsahibəsində “Murad qapını arxadan tutdu. Yalvardım ki, qapını aç, mənə kömək elə. O, mənə kömək eləmədi. Əksinə, dedi ki, “Rasim nə deyirsə o da olacaq”. Yalvardım ona, çəkmə məni dedim. Yalvarışlarıma, göz yaşıma belə baxmadı”-deyə bildirib.

Məktəbli qız onu da əlavə edib ki, Murad da daxil olmaqla gənclər videogörüntünün internet şəbəkəsinə qoyulması ilə onu şantaj edərək öz istəklərini həyata keçiriblər.

Məsələ ilə bağlı Birinci Şahsevən kəndi ilə əlaqə saxladıq. Məlumatı kəndin aidiyyatı qurumları təsdiqlədi.

Xəbər 1267 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +