Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


28.05.2019  15:11 

Paşinyan Putin və Lukaşenko ilə görüşəcək





A+  A-

Mayın 29-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası keçiriləcək.
Erməni KİV-I xəbər verir ki, iclasda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək.

Məlumata görə, tədbir çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla görüşəcək.

Ali Avrasiya İqtisadi Şurasının iclasında Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin də iştirak edəcəyi bildirilir. İclas hazırkı Prezident Qasım-Comərd Tokayevin sədrliyi ilə baş tutacaq. Moldova Prezidenti İqor Dodon və Tacikistan Prezidenti Emoməli Rəhmon da iclasa qatılacaqlar.

XəzərNews.az xatırladır ki, dövlət başçıları Avrasiya İqtisadi Birliyinin 2019-2020-ci illər üçün makroiqtisadi siyasətinin əsas prinsiplərini və digər məsələləri müzakirə edəcəklər.

Xəbər 1249 dəfə oxunub.



24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +