Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


20.05.2019  10:16 

Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ





A+  A-

Son 5 il ərzində əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında qeydə alınan nikah və boşanma hallarının statistikası açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son 5 il və bu ilin 2 ayı ərzində əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 11 127 nikah qeydə alınıb. Müvafiq dövrdə rəsmi olaraq 797 boşanma halı olub.

Qeyd olunub ki, əcnəbilərlər və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 2014-cü ildə 1816, 2015-ci ildə 2680, 2016-cı ildə 2042 , 2017-ci ildə 2059, 2018-ci ildə 2256 nikah bağlanıb. 2019-cu ilin 2 ayı ərzində əcnəbilərlər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 274 nikah rəsmiləşib ki, şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.

Rəsmi məlumata görə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 2014-cü ildə 155, 2015-ci ildə 149, 2016-cı ildə 149, 2017-ci ildə 195, 2018-ci ildə 149 boşanma qeydə alınıb.

Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Xəbər 1387 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +