12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


05.12.2018  10:16 

Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq





A+  A-

Bu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. İki gün əvvəl Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, baş nazirin ötən ay etdiyi təyinatı diqqət çəkib. Belə ki, Nazirlər Kabinetinin işdən çıxarılan Aparat rəhbəri Ağa-Bala Hacıyevə yeni müavin təyin edilib. Bu, Mərkəzi Seçki Komissiyasının sabiq sədr müavini Natiq Məmmədovdur. Natiq Məmmədovun MSK sədrinin müavini kimi yüksək bir postu tərk edərək Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini vəzifəsinə getməsi heç də birmənalı qarşılanmamışdı.

Qəzet yazır ki, hələ o zaman da belə iddia vardı ki, Nazirlər Kabinetinin Aparat rəhbəri olan 77 yaşlı Ağa-Bala Hacıyev tezliklə təqaüdə çıxacaq və onun yerini N.Məmmədov tutacaq. Bəzi iddialara görə, yaxın günlərdə N.Məmmədov NK Aparat rəhbəri təyin ediləcək.

Qeyd edək ki, Aparat rəhbəri baş nazirdən sonra ikinci səlahiyyətli şəxs statusundadır.

Xəbər 1820 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +