Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir


04.05.2017  17:54 

“99 BS 999”un “avtoş”luğuya bağlı - DYP-dən açıqlama





A+  A-

Dünən 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı maşınla adam öldürən şəxsin 14 yaşlı yeniyetmə olması cəmiyyətdə rezonansa səbəb olub. Ağaəli Fərəclinin iş adamı olan atası Füzuli Fərəcov hələ avtomobil sürmə yaşında olmayan oğluna maşını necə etibar etməsi ilə bağlı sualdan yayınsa da, məsələ həm sosial şəbəkələrdə, həm də mətbuatda gündəm mövzuya çevrilib. Yeniyetmənin bahalı avtomobili ilə Heydər Əliyev prospektində avtoxuliqanlıq etdiyini göstərən videogörüntülər isə məsələni bir az da şişirdib.
XəzərNews.az bildirir ki, BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov bildirib ki, 14 yaşlı uşağa avtomobil idarəetməni etibar edən şəxs məsuliyyətə cəlb edilməlidir: "Qanunda qeyd edilir ki, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil idarəetməni etibar edən məsuliyyətə cəlb olunur. 14 yaşlı uşağın valideyni və onun sürdüyü avtomobil var. O avtomobilin kimə məxsus olması araşdırılacaq. Həmin şəxsi də cəzalandırıb, ona protokol tərtib edəcəklər. Ən azından qanunvericilikdə verilən tələblər əsasında məsuliyyət tətbiq ediləcək”.

Vaqif Əsədov hesab edir ki, ictimai qınaq medotlarından da istifadə etmək lazımdır: "O azyaşlının valideynlərinin kim olub-olmamasından asılı olmayaraq təbliğat işlərini genişləndirmək lazımdır. Əlbəttə ki, belə bir hərəkət etirazla qarşılanmalıdır. Kim olmasından asılı olmayaraq, buna don geyindərməyə çalışmayaq. Çünki yayılan videoda sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Təbii ki, aidiyyəti üzrə də tədbir görüləcək".

Qeyd edək ki, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçıb. O, qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobillə törədib. 24 yaşlı Xəyalə Məmmədova yerindəcə dünyasını dəyişib.

Xəbər 1529 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +