Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


28.06.2018  16:39 

“Rusiya və Arktikanı fəlakət gözləyir”





A+  A-

Norveçin bir qrup alimi yeni tədqiqat aparıblar və nəticələr “Natural Climate Change” elmi jurnalında dərc edilib.
XəzərNews.az xəbər verir ki, alimlər 1970-2016-cı illər ərzində toplanmış məlumatları tədqiq edərək Arktikanı və Rusiyanı fəlakətin gözlədiyi qənaətinə gəliblər.

“Arktikada “qaynar nöqtə” yaranıb. Bu isə Barens dənizində iqlim dəyişikliyinə səbəb olacaq. Eyni zamanda onun ekosisteminə ciddi məhvedici təsir edəcək”, - deyə məqalədə bildirilir.

2000-ci ilin ortalarından dənizdə tempratur və suyun duzluluğu kəskin şəkildə artıb. Bu isə şirin suyun miqdarının azalması ilə əlaqəli ola bilər. Şirin su buzların əriməsi nəticəsində yaranır.
Məqalədə qeyd edilir ki, bu, Barens dənizinin ekosistemi üçün qeyri-məlum nəticələrə səbəb olacaq. Eyni zamanda dəniz canlıları və balıq sənayesi üçün də fəsadlar baş verəcək.

Ekspertlərin fikrinə görə, tezliklə Arktika iqlimi daha isti iqlimlə əvəzlənəcək. Hazırda dənizin şimal hissəsinin ekosistemi buz örtüyündən asılıdır. Amma soyuq sular isti Atlantik axınları səbəbindən şimala doğru çəkilir.

Xəbər 1284 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +