Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


17.06.2018  18:23 

Bu ölkənin adı rəsmən dəyişdi





A+  A-

Yunanıstan ve Makedoniya arasında davam edən 27 illik problem öz həllini tapıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, iki dövlət “Ad problemi” ilə bağlı məsələnin həllinə dair tarixi razılaşmaya imza atıb.

Belə ki, Yunanıstanın xarici işlər naziri Nikos Kasiyas və Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov iki ölkənin sərhədində yerləşən Prespa gölü yaxınlığındakı Psarades kəndində təşkil edilən mərasimdə razılaşmanı imzalayıblar.

Razılaşmaya əsasən, Makedoniya dövlətinin adı Şimali Makedoniya Cümhuriyyəti olaraq dəyişdirilib. Bundan sonra Avropa İttifaqına və NATO-ya üzvlüyünə əngəl yaradan amillərin aradan qaldırılması gözlənilir.

Qeyd edək ki, mərasimdə Yunanıstan Baş naziri Aleksis Çipras, Şimali Makedoniya Cümhuriyyətinin Baş naziri Zoran Zayev, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, BMT-nin xüsusi təmsilçisi Metyu Nimets və digər rəsmilər də iştirak ediblər.

Xəbər 1362 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +