Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir


29.07.2022  11:09 

Saxtakarlar saxlanıldı - Fotolar





A+  A-

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Neftçala rayon sakinləri, 26 yaşlı Orxan İskəndərov və 37 yaşlı Elmar Fərəcov saxlanılıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, ilkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında “Vaz” markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi tədqim ediblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsmiş və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyiblər.

Faktlarla bağlı hər iki şəxs barəsində Ucar RPŞ-də cinayət işi açılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Orxan İskəndərovun və Elmar Fərəcovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Ucar RPŞ-nə və ya şəhər telefonlarından 02021-3-00-53 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Xəbər 3182 dəfə oxunub.




16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +