Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi
Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov
Ölkəyə PUA ilə narkotik keçirmək istədilər
Rusiya və İranın Xəzərdəki təlimi Bakıya qarşıdır?
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş
Muharrem İncenin partiyası ləğv edilir


14.12.2023  11:48 

Röya ilə həbs edilən “iş adamını“ nə bağlayır? - Foto





A+  A-

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan Albaniya pasportlu iş adamı Dionis Şahollini həbs edib.

Xəzərnews.az buta.media-ya istinadən xəbər verir ki, saxlanılan şəxsin dələduzluq və hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı polisə şikayətlər daxil olub.

Araşdırma zamanı o da məlum olub ki, Şahollinin üzərində Həmzət İsmayılovun adına Rusiya Federasiyası vətəndaşının pasportu olub. Bu hələ hamısı deyil: Türkiyə prokurorluğunun müəyyən etdiyi kimi, saxlanılan Dionis Şaholli əslində dələduzluqda təqsirləndirilən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Azad İsayevdir.

Qeyd edək ki, bu şəxs barəsində istintaq İstanbul Bakırköy və Küçükçekmece rayon prokurorluqları tərəfindən aparılır. Küçükçekmece prokurorluğunda dindirilərkən o, dələduzluq ittihamlarını rədd edib, lakin Rusiya vətəndaşlığına malik olduğunu və bu ölkədən Həmzət İsmayılovun adına pasport aldığını təsdiqləyib.

Küçükçekmece prokurorluğu tərəfindən saxlanılan şəxsin Rusiya pasportunun etibarlılığının yoxlanılması üçün müvafiq sorğular göndərilib, daha sonra o, Küçükçekmece Rayon Məhkəməsinə aparılıb və məhkəmə "Dionis Saholli" barəsində yüngül həbs qətimkan tədbiri seçərək polis nəzarətinə verib.

Daha sonra iş adamı Bakırköy prokurorluğunda dindirilib və o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. "Şaholli" istintaq orqanlarını keçmiş məşuqəsi Aişədən borca götürdüyü pulu qaytardığına inandırmasına baxmayaraq, zərərçəkmişin şikayəti əsasında Bakırköy Rayon Məhkəməsi onun həbs edilməsinə dair qərar verib.

Azad İsayev beynəlxalq axtarışa verilib.

Lakin daha əvvəl prokurorluqda və məhkəmədə dindirilərkən məlum olub ki, saxlanılan şəxsin əsl adı Azad İsayevdir və o, dələduzluqda ittiham olunaraq beynəlxalq axtarışa verilib. "Dionis Saholli" bunu hər cür təkzib etsə də, eyni zamanda məhkəmədə etiraf edib ki, "uşaqlıqdan hamı ona Azad deyib".

Prokurorluq əməkdaşları İnterpolun rəsmi saytında yerləşdirilmiş Azərbaycan vətəndaşı Azad İsayevin fotosunun "Dionis Saholli"nin görünüşü ilə oxşarlığını məhkəməyə nümayiş etdirib, bundan sonra Türkiyə prokurorluğu həbs edilən şəxsin barmaq izləri ilə bağlı Azərbaycan dövlət orqanlarına sorğu göndərib.

Müğənni Röya ilə "iş adamını" nə bağlayır?



Azərbaycan mətbuatında Azad İsayev müğənni Röyanın dostu kimi tanınır. Sosial şəbəkələrdə onların birlikdə çəkilmiş fotoları var. 1984-cü il təvəllüdlü Azad İsayev Röya və digər azərbaycanlı müğənnilərinin ifasında bir neçə mahnının sözlərinin müəllifi kimi tanınır. Nərimanov rayon polis idarəsində İsayevə qarşı dələduzluqda külli miqdarda (2 milyon manat) ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb.

Yerli mətbuat yazır ki, Azad İsayev 2012-ci ildə Azərbaycanı tərk etdikdən sonra İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətə rəhbərlik edib. 2013-cü ildə yerli internet saytlarında İsayevin İstanbulda "ağır qəzada öldüyü" barədə məlumatlar yayılıb.

Lakin bir neçə gün sonra İsayev "Twitter"də onun ölümü ilə bağlı yayılan xəbərləri təkzib edərək, həqiqətən qəza keçirdiyini, lakin sağ qaldığını bildirib.

Xəbər 2598 dəfə oxunub.




21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +