Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


15.11.2021  21:05 

Partiya sədrindən İcra Başçısına: “Şəhid yasına niyə getmirsən?!





A+  A-

“Xaçmaz rayon icra başçısı şəhid mərasimlərinə özü getmir, müavinini göndərir. Niyə?”

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə AĞ Partiya sədri Tural Abbaslı çıxış edib.

“Sənin Xaçmaz rayonunda nə dövlət əhəmiyyətli işin var ki, şəhid yasına getmirsən?!
Koronadan qorxub gəlmir. Sənin üçün şərəf olar ki, şəhid mərasimində korona tutub ölərsən, qəbir daşına bir çələng də mən göndərərəm”, - deyə partiya sədri bildirib.

O, icra başçılarının şəhid mərasimlərinə getməmələrinin səbəblərini də açıqlayıb: “Çünki qorxurlar ki, camaat bunları fitə basacaq…”

T.Abbaslı əlavə edib ki, Şəhid mərasiminə getməyən icra başçıları haqqında vəzifə səlahiyyətlərini icra etməmə maddasi ilə cinayət işi açılmalıdır.



Xatırladaq ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

22.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə təltif edilib.

Yusif Əli
XəzərNews.az




Xəbər 3755 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +