Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


07.06.2021  19:46 

“Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur” - Ter-Petrosyan





A+  A-

“Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bundan çıxış etmək lazımdır”.
XəzərNews.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı proqramının təqdimatında deyib. Onun sözlərinə görə, bütün siyasi partiyalar Ermənistanın Qarabağ münaqişəsində müttəfiqlərinin olmadığını başa düşə bilmirlər, lakin insanlar yenə də Amerika, İran və ya başqası istiqamətində ümidlə baxmağa davam edirlər.

“Eyni səhvi təkrarlasaq, bütün dünya üçün ən acınacaqlı ölkəyə çevriləcəyik. Bunu istəyirik? Təəssüf ki, seçkilər ərəfəsində Ermənistanda nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəyən iki qütb yarandı. Hər iki tərəf nəhəng maliyyə, inzibati və kriminal resurslara malikdir və məqsədlərinə çatmaq üçün istənilən addımı atacaqlar. Bu vəziyyətin yaratdığı təhlükələrdən danışmaq istəmirəm”, - deyə Ter-Petrosyan vurğulayıb.

O qeyd edib ki, qarşıdakı parlament seçkiləri ölkə tarixinin ən utancverici hadisəsi ola bilər: “Hər iki tərəfdə mümkün pozuntular seçki məntəqələrindəki münasibətlərin aydınlaşdırılmasına gətirib çıxara bilər və bu da daha böyük toqquşmalara çevrilə bilər”.

Xəbər 3683 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +