Hansı evlərə sənəd verilməyəcək?
Əliyev Trampa təşəkkür etdi
Pezeşkian Azərbaycandan İrana hava hücumunu qəbul etmir
Rusiya və Ukrayna danışıqları İstanbulda baş tutacaq
Almaniya və Norveç Ukrayna üçün Patriotu maliyyələşdirəcək
Putinin sinif yoldaşı vəfat edib... - Ali Məhkəmənin sədri idi
Tramp İlham Əliyevin çıxışını paylaşdı
Hansı avtomobillər 12 min manat UCUZLAŞDI?
Rusiyada OMON azərbaycanlı dəstəni saxladı
Avtobus sürücüsü sükan arxasında pivə içib?


21.02.2021  10:18 

Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək





A+  A-

Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım Bakıda jurnalistlərlə söhbətində bildirib.

“İstənilən inkişaf etmiş ölkə kosmik sahədə liderlər sırasına daxil olmalıdır”, - o deyib.

Yıldırımın sözlərinə görə, Azərbaycanda da, şübhəsiz, Türkiyənin istifadə edə biləcəyi potensial var.

“Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə biz digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”, - o deyib.

Yıldırım bildirib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. “Şübhəsiz ki, kosmik proqramın icrası üçün ölkəmizin bütün imkanları var. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq”, - o deyib.

Agentlik rəhbərinin sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb. “Beynəlxalq əməkdaşlıq bütün ölkələrin maraqlarına cavab verir”, - deyə Yıldırım əlavə edib.

Xəbər 3001 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi

21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi


BÜTÜN XƏBƏRLƏR +