Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


10.11.2020  20:38 

“Paşinyan yaxın vaxtlarda istefa verə bilər”





A+  A-

"Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatı imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda istefa verə bilər".
XəzərNews.az xəbər verir ki, bunu gazeta.ru-ya açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Hazırkı baş nazir çox çətin vəziyyətdədir. Onun ölkənin lideri olduğu günləri praktiki olaraq bitdi. Bir neçə həftə əvvəl məsul siyasətçilər hakimiyyəti orduya təhvil verməyin zəruriliyini qeyd edirdilər. Paşinyan “Məxməri inqilab” dövründə qalib və populyar siyasətçidən qeyri-populyar bir fiqura çevrildi”, - deyə Zatulin bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

Xəbər 4071 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +