Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


20.07.2018  13:32 

Bakıda dəhşətli cinayət — Qız atasını baltaladı





A+  A-

Atasının başından balta ilə vuraraq öldürməyə cəhd edən qız məhkəmə qarşısına çıxarılacaq.
XəzərNews.az "ölkə.az”a istinadən xəbər verir ki, Aliya Həbibovanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin edilib.

İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində baş verib.

Cəfər Xəndan küçəsində ailə münaqişəsi zamanı Aliya Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Azad oğlu Salxakinin başından balta ilə vurub.

Cəmşid Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cəmşid Salxakini öldürməyə cəhd edən Aliya Həbibova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Aliya Həbibovanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Xəbər 2923 dəfə oxunub.



22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +