Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


10.10.2017  09:17 

Nazimin şikayət etdiyi “Elmed” klinikasında ölüm





A+  A-

“Faytonçu” Nazimin (Nazim Pişyari) şikayət etdiyi “Elmed” klinikasında ölüm hadisəsi baş verib.
XəzərNews.az xəbər verir ki, bu barədə Oxu.Az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, “Faytonçu” Nazimin şikayətçi olduğu klinikada bir vətəndaş əməliyyatdan sonra dünyasını dəyişib: “Elmed” klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlamışıq. Orada araşdırmalarımız zamanı Rüstəmova Məfluqə Arif qızı adlı xəstənin estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdiyi məlum olub. Hazırda o işlə bağlı araşdırma aparılır və Binəqədi rayon Prokurorluğunda Vaqif Axundovun icraatındadır”.

Vəkil onu da qeyd edib ki, həmin klinika ilə bağlı Səhiyyə Nazirliyi tərəfdən SOS siqnalı çalınmalıdır: “Klikanın maddi-texniki vəziyyəti onun peşəkar tibb fəaliyyətinin göstəricisidir”.

Qeyd edək ki, öd kisəsindən əziyyət çəkən “Faytonçu” Nazim 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub. Bundan sonra müğənni hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.



Xəbər 3147 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +