Hikmət Hacıyev adından saxta açıqlama yayılıb
Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi
Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov
Ölkəyə PUA ilə narkotik keçirmək istədilər
Rusiya və İranın Xəzərdəki təlimi Bakıya qarşıdır?
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş


03.05.2017  11:57 

At-eşşək əti satanları ağır cəza gözləyir – Yeni qanun layihəsi hazırlanacaq





A+  A-

Son zamanlar at-eşşək ətlərinin, mənşəyi məlum olmayan, murdar ətlərin satışının qarşısının alınması istiqamətində müvafiq qurumlar intensiv şəkildə tədbirlər görür.
Bununla belə, hər gün xəbər lentlərində “Yenə at, eşşək əti tutuldu” kimi başlıqlara rast gəlirik. Yəni, bəzi işbazlar görülən tədbirlərdən nəticə çıxarmaq əvəzinə, camaata xəstə və ya ölmüş heyvan ətlərini yedirmək istəyirlər.

Bu kimi hallar isə qida təhlükəsizliyi ilə bağlı sərt cəzaların tətbiq olunmasını gündəmə gətirir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev açıqlamasında deyib ki, respublikada at-eşşək ətlərinin satılması insanlığa sığmır.

“Bu elə bir şeydir ki, Azərbaycan insanı bunu qəbul edə bilmir. Qanunla mənşəyi məlum olmayan, leş ətlərin satışı qadağandır. Amma bəzi insanlar buna məhəl qoymaq istəmir”.

Deputat bildirib ki, bu məsələlər belə davam edə bilməz və yaxın zamanlarda yeni qanun layihəsi hazırlana bilər.

“Biz bununla əlaqədar yəqin ki, yeni qanun layihəsi hazırlayacağıq və hökumətə təqdim edəcəyik. Məqsədimiz isə budur ki, belə halların qarşısı alınsın.

Elə ölkələr var ki, məsələn, Qazaxıstanda at ətindən istifadə edirlər. İtaliyada eşşək ətindən qurudulmuş şəkildə istifadə edirlər. Amma Azərbaycanda at-eşşək əti istifadə olunmur. Buna görə də, at-eşşək ətinin satışı ilə bağlı da konkret qadağa qoyulmalıdır”.

Eldar Quliyevin sözlərinə görə, at-eşşək, leş ətləri satanları konkret cinayət məsuliyyətinə cəlb etmək lazımdır ki, onlar cəzalarını çəksinlər.

(modern.az)

Xəbər 2638 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +