Ramzan Kadırov Türkiyədə dənizdə boğuldu
İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı


23.07.2025  15:41 

Məhşur restoranın səs-küyü sakinləri bezdirdi





A+  A-

Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində yerləşən "Küncüt" restoranı ətraf ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

XəzərNews.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.



Qeyd olunub ki, restoran hər axşam saat 20:00-dan saat 00:00-a qədər yüksək səslə musiqi səsləndirir. Gecə isə həmin səs-küy fişənglərin atılması ilə müşayiət olunur.

Ərazi sakinləri istirahətlərinin pozulduğunu bildirərək məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini tələb ediblər.

Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov qeyd olunan ünvanda gecə saatlarında pirotexniki vasitə partladaraq sakinləri narahat edən şəxslə bağlı polis əməkdaşları tərəfindən tədbir görüldüyünü bildirib.

"Həmin tədbirin təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Bir daha eyni əməli törədəcəyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi şəxsin diqqətinə çatdırılıb", - deyə E.İbrahimov vurğulayıb.

Xəbər 215 dəfə oxunub.



24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü

24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı


BÜTÜN XƏBƏRLƏR +