Aysunun keçmiş əri gündəm oldu
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş
Rusiyadan Azərbaycana silahlı təcavüz çağırışları...
Peşə təhsilində ödənişlər niyə artırılıb?
Danışıqların üçüncü raundu: Nələr müzakirə olunacaq?
Zelenski 16 yeni səfir təyin edib
İranda Naxçıvan avtobusları niyə saxlanılıb?
Sabah 41 dərəcə isti olacaq - Hava


16.07.2025  17:32 

O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi





A+  A-

Həbsdə olan biznesmen və xeyriyyəçi Samvel Karapetyanın eyni vaxtda üç ölkənin vətəndaşlığı var.

XəzərNews.az xəbər verir ki, bu sözləri iyulun 16-da baş nazir Nikol Paşinyan mətbuat konfransında Karapetyanın Ermənistanda siyasi fəaliyyətə başlamaq niyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, təbii ki, hər kəsin siyasi fəaliyyətlə məşğul olmaq hüququ var və Ermənistanda da belə olur, lakin konkret bu halda qanunla bağlı problem yaranıb və yalnız bundan sonra siyasi fəaliyyətə başlanıldığı elan edilib ki, o zaman tədricən “siyasi təqib olunan” statusuna sığışsın.

O əlavə edib ki, hadisələrin ardıcıllığını nəzərə almaq vacibdir.

"Ermənistan kimi ölkələrdə bu, dəbə çevrilə bilər: qanunla problemi olan hər kəs siyasi fəaliyyətə başladığını elan edə bilər. Çünki bu, siyasi təqib tezisini irəli sürməyə başlamaq üçün çox yaxşı "dam"dır. Bu, hiylədir. Ola bilsin ki, yaxşı hiylə olub, amma hiylədir", - Paşinyan əlavə edib.

İnsanın səmimi olaraq siyasi fəaliyyətlə məşğul olmaq istəməsinin əsas əlaməti prosesdə faktiki iştirak etmək bacarığı, yəni deputatlığa namizədliyini irəli sürə bilməsidir. Konstitusiyaya görə, Samvel Karapetyanın belə hüququ yoxdur, çünki o, üç ölkənin vətəndaşıdır. Eyni səbəbdən onun baş nazirliyə namizədliyini irəli sürmək hüququ yoxdur. "O, siyasi fəaliyyətlə necə məşğul olmaq niyyətindədir? O, kukla olmaq istəyir? Kukla hökumət yaradıb? Amma Ermənistan kukla teatrı deyil", - Paşinyan qeyd edib.

Xəbər 517 dəfə oxunub.




21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +