Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


22.03.2024  09:42 

“Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim” - VİDEO





A+  A-

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayının qonağı bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev olub.

Bəstəkar bir müddət öncə Türkiyədə müalicə alarkən haqqında yayılan ölüm xəbərlərinə münasibət bildirib:

“Xəbər yayılanda reanimasiyada idim. Mənə zənglər gəlirdi. Dedilər ki, səni öldürdülər. Dedim ki, “bir az şişirtmisiniz, o qədər ölməmişəm”. Bu hadisəni zarafata çevirməyə çalışdım”.

C.Quliyev onu ən çox duyğulandıran əsərindən - “Əsgər marşı”ndan bəhs edib:

“Hər dəfə bu marşı dinləyəndə silahı götürüb müharibəyə qaçmaq istəyirəm. Bəzi hallarda duyğulanmamaq üçün dinləmirəm. 90-cı illərin əvvəlində nənələrinin qucağında Qarabağdan gələn uşaqlar 30 il sonra tankın üstündə, bu marşın sədaları altında torpaqlarımızı geri aldılar. Mənəvi olsa da, köməklik etmiş olmağım məni çox sevindirir”.

Ətraflı süjetdə:



Xəbər 3065 dəfə oxunub.



22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +