Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


28.09.2023  12:11 

ATB-nin İsrail nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib





A+  A-

Sentyabrın 27-də Azərbaycanın İsrail Dövlətindəki Səfirliyi tərəfindən Azərbaycan Turizm Bürosunun İsrail Nümayəndəliyinin dəstəyi ilə Təl-Əviv şəhərində 44 günlük Vətən Müharibəsi qurbanlarına həsr olunmuş Anım Günü tədbiri təşkil edilib.

ATB-dən Xəzərnews.az-a verilən xəbərə görə, tədbirdə İsrail ictimaiyyətinin nümayəndələri, Türkiyənin İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Şakir Özkan Torunlar, səfirliyin hərbi attaşesi, İsraildə təhsil alan azərbaycanlı tələbələr və elm adamları, jurnalistlər, habelə diaspor nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli Muxtar Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə edilmiş tarixi qələbə, Azərbaycan əsgərlərinin göstərdiyi şücaət, müharibənin ilk günündən başlayaraq ölkəmizin daim yanında olan qardaş Türkiyə, həmçinin İsrail dövlətinin göstərdiyi dəstəkdən bəhs edib.

Eyni zamanda iştirakçılar 19-20 sentyabrda həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması barədə məlumatlandırılıb.

Daha sonra qonaqlara Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 27 Sentyabr - Anım Gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.



Xəbər 3088 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +