Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


01.11.2022  19:55 

İctimai Birliyin 25 şəhidlə bağlı layihəsi başa çatdı





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsini başa çatdırıb.

Layihə çərçivəsində Lənkəran, Astara və Lerik rayonlarında şəhid ailələri, yaxınları, müəllimləri ilə görüşüb söhbətlər aparılıb, reportrajlar hazırlanıb, şəhid məzarları ziyarət olunub.

Layihənin hər icra dövrü haqqında mediada məlumatlar verilib. Pres-relizlərlə əhalinin birbaşa və dolayı yolla informasiya əldə etmək hüququ təmin olunub. Hazırlanan materiallar – reportajlar icraçı QHT-nin internet resursunda - multikultural.az və xezernews.az internet portalında yerləşdirilib.

Layihə çərçivəsində əlavə olaraq 7 internet resursda (qht.az, rupor.az, avrasiya.net, demokrat.az, nocomment.az, yenixeber.org, yenisabah.az) ümumi məlumat yayılıb. İki saytda (multikultural.az və xezernews.az) isə layihə çərçivəsində hazırlanan 29 məqalə, press-reliz və açıqlama yerləşdirilib.

İctimaiyyətin daha effektli məlumatlandırılması məqsədi ilə sosial şəbəkələrin xidmətlərindən geniş istifadə olunub. Hər iki mediada dərc olunan məqalələr - reportrajlar icraçı QHT-nin rəsmi sosial şəbəkə hesabı ilə yanaşı, onun internet resursunun da sosial şəbəkə hesabından paylaşılıb. Sosial şəbəkələrin feysbuk seqmentində ümumilikdə 14 səhifədə 29 dəfə (29 post) paylaşılıb. Paylaşımlar daha çox 3 rayonun adına açılan səhifələrdə, şəhidlərin təhsil aldıqları məktəblərin rəsmi feysbuk səhifələrində edilib.

Bundan başqa Telegram kanalında ümumilikdə 29 məqalə və press-relizin linkləri 144 nəfərə çatdırılıb. İnstagramda isə ayrı-ayrılıqda 3 hesabda paylaşım olub.

Layihə çərçivəsində görüşdüyümüz 25 şəhid ailəsinin bəzilərinin ciddi sosial problemləri var. Lerikdə ziyarət etdiyimiz 5 ailəni hər birində, Astarada 10 ailənin 4-də, Lənkəranda isə 10 ailənin 2-də problemlər qeydə alınıb. Ailələrin problemləri Arayış formasında ayrı-ayrılıqda tərtib olunaraq müvafiq dövlət orqanlarına göndərilməsi üçün donora təqdim ediləcək.



Xəbər 2646 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +