Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir
Ukrayna Rusiyanın Lipetsk vilayətinə hücum edib
Sadır Japarov Azərbyacana yola düşüb
Əliyev və Paşinyanın Dubayda görüşü planlaşdırılır?
Emin Ağalarov Rusiyada konsertini təxirə salıb
Bu restoranlar cərimələnib


25.09.2022  09:46 

“Gərginliyin mövcudluğunda maraqlı deyilik”





A+  A-

“Azərbaycan gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz. Son hərbi əməliyyatlar münaqişədən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib. Biz arzu edərdik ki, Ermənistanın indiki rəhbərliyi öz sələflərinin regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini bir daha qəsdən bağlamaq yolu ilə getməsin”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhlükəni dəf etməkdə qətiyyətlidir və Ermənistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır.

“İki gün əvvəl biz Ermənistan Baş nazirinin burada səsləndirdiyi bəyanatı dinlədik. Təəssüflər olsun ki, bu, erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirməyə niyyətli olduğunu nümayiş etdirən növbəti bir sübut oldu. Regionumuz kifayət qədər qarşıdurma, dağıntılar və iztirablar görüb. Hər iki xalqın münaqişədən sonrakı normallaşmaya tam şəkildə qoşulmasının vaxtıdır. Nəhayət, tariximizin faciəli səhifəsini çevirib uşaqlarımız üçün daha yaxşı gələcək qurmağa başlaya bilərik. Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir. Ümid edirik ki, Ermənistan nəhayət ki, konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq”, - deyə Ceyhun Bayramov bildirib.

Xəbər 3553 dəfə oxunub.




03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +