Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


24.02.2022  11:07 

Bir neçə istiqamətdən hücum: Eyni vaxtda - SON DƏQİQƏ





A+  A-

Ukraynaya hücum bir neçə istiqamətdən eyni vaxtda başladılıb.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, səhər saat 5 radələrində Rusiya qoşunları Rusiya və Belarus sərhədindən, eləcə də Krım Muxtar Respublikası istiqamətindən hücuma keçib.

Hücumların Ukraynanın şimal və şərq sərhədinə yaxın ərazilər olan Luqansk, Sumı, Xarkov, Çerniqov, Jitomir şəhərlərində həyata keçirildiyi bildirilib. Məlumata görə, Ukraynanın sərhəd bölmələri, sərhəd patrulları və gömrük-buraxılış məntəqələri top atəşinə tutulurlar. Məlumatda qeyd olunub ki, vəziyyətdən asılı olaraq Ukraynanın Silahlı Qüvvələri və Milli Qvardiyası cavab atəşi açır.

* * *

Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətindəki Melovoye və Qorodişe kəndlərini işğal edib. Bu barədə Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.

* * *

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Luqansk vilayətində 5 Rusiya təyyarəsi və 1 helikopter vurulub. Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna ərazisində Rusiya təyyarəsinin vurulması barədə məlumatları təkzib edib.

* * *

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmağa təşəbbüs göstərib, lakin Rusiya tərəfi bu təklifdən imtina edib. Bu barədə məlumatı Zelenski Putinin Donbasda hərbi əməliyyatın başladılması barədə elanından öncə videomüraciətində deyib.

“Bu gün Rusiya Prezidenti ilə telefon danışığına təşəbbüs etdim. Nəticə - sükut. Baxmayaraq ki, sükut Donbassda olmalıdır”, - deyə Zelenski bildirib.

* * *

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

* * *

“Fransa Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün tərəfdaşları ilə birgə hərəkət edir”. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.



Xəbər 3057 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +